Maliyyə problemləri “Barselona”nı yarımmüdafiəçi Frenki de Yonqu satmaq imkanını nəzərdən keçirməyə vadar edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hollandiyalı futbolçu ilə "Liverpul" maraqlanır.
Həmçinin oxuyun
Slovakiyalı hakim İvan Krujlyak "Qarabağ"ın Çempionlar Liqasındakı ikinci oyununu idarə edəcək
Mersisaydlılar 27 yaşlı de Yonqu komandanın yarımmüdafiəsini ciddi şəkildə gücləndirməyə qadir futbolçu hesab edirlər.
De Yonqun "Barselona" ilə hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna qədərdir.
"Transfermarkt" portalının mütəxəssisləri hollandiyalıya 60 milyon avro qiymət qoyub.
Bu mövsüm Frenkie de Yonq "Barselona"nın heyətində 9 oyun keçirib.