"Barselona" APL-dən olan forvarda 80 milyon xərcləyə bilər

"Barselona" APL-dən olan forvarda 80 milyon xərcləyə bilər
15.01.2024 11:35
Aa
dəq

"Nyukasl"ın mərkəzi hücumçusu Aleksandr İsak İspaniyaya keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyanın "Barselona" klubu 24 yaşlı isveçli futbolçunun xidmətində maraqlıdır.

İsakın "Barselona"ya potensial transferinin məbləği 80 milyon avro təşkil edə bilər.

Oyunçunun "Nyukasl"la hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub.

İngiltərə çempionatının cari mövsümündə Aleksandr 16 oyun keçirib. Hücumçu 10 qol vurub.

Həftənin ən çox oxunanları