Operativ Məlumat Mərkəzi

“Barselona” Andres İnyestanın komandası ilə qarşılaşacaq

1 dəq
Paylaş:
“Barselona” Andres İnyestanın komandası ilə qarşılaşacaq
qarşılaşma mövsümlərarası təlim-məşq toplanışı zamanı təşkil olunacaq. La Liqanın son tur matçının ardından Asiya turnesinə çıxacaq kataloniyalılar...

İspaniyanın “Barselona” klubu sabiq futbolçusu Andres İnyestanın formasını geyindiyi Yaponiya təmsilçisi “Vissel Kobe” ilə yoldaşlıq oyunu keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qarşılaşma mövsümlərarası təlim-məşq toplanışı zamanı təşkil olunacaq.

La Liqanın son tur matçının ardından Asiya turnesinə çıxacaq kataloniyalılar “Vissel Kobe” ilə iyunun 6-da Tokiodakı 80 000 tamaşaçı tutumuna malik Milli Stadionda üz-üzə gələcək.

Qeyd edək ki, Andres İnyesta 2002-2018-ci illərdə “Barselona”nın uğurları üçün çalışıb. 39 yaşlı yarımmüdafiəçi 2018-ci ildən “Vissel Kobe”nin formasını geyinir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər