"Barselona"nın hücumçusu Vitor Roke karyerasını "Sportinq"də davam etdirməyə hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu artıq Portuqaliya klubunun sıralarına keçməyə razılıq verib.
"Sportinq" Rokeyə 20 milyon avro və bonus ödəyəcək.
Bu ilin əvvəlində "Barselona" Vitor Rokeni "Atletiko Paranaense"dən 40 milyon avroya alıb.