Əsas məzmuna keç

Barak Obama səssizliyini pozdu: ABŞ-də etirazlara çağırış etdi

Barak Obama səssizliyini pozdu: ABŞ-də etirazlara çağırış etdi

ABŞ-ın sabiq prezidenti Barak Obama Minnesotada baş verən ölümlərlə bağlı federal agentlərin fəaliyyətini kəskin tənqid edib və xalqı dinc aksiyalara səsləyib.

ru en

ABŞ-nin ştatında federal qüvvələrin keçirdiyi zamanı Aleks Pretti və Rene Qudun həyatını itirməsi ölkədə böyük əks-səda doğurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisəyə ən sərt reaksiya sabiq gəlib.

Yazılı bəyanat yayımlayan Obama federal agentlərin "maskalı və qanunsuz" hərəkətlərinə diqqət çəkərək, bütün amerikalıları küçələrdəki dinc müqavimətə dəstək verməyə çağırıb.

Sabiq qeyd edib ki, demokratik hüquqların qorunması üçün xalqın səsi həlledici rol oynayır.

"Etirazlar hər birimiz üçün ilham mənbəyi olmalıdır". Hər bir amerikalı dinc etiraz dalğasından ilham almalı və bu hərəkata dəstək verməlidir. Ədalətsizliyə qarşı səs çıxarmaq və hökuməti məsuliyyətə cəlb etmək hər kəsin vəzifəsidir. Azadlıqların qorunması üçün dinc mübarizə vacibdir".

Sabiq prezident "ICE" (İmmiqrasiya və Gömrük Mühafizəsi) və digər federal bölmələrin taktikalarını "təxribat" adlandırıb. O, maskalı agentlərin cəzasızlıq mühitindən istifadə edərək xalqı təzyiq altında saxladığını və bunun iki vətəndaşın ölümü ilə nəticələndiyini vurğulayıb.

Obama həmçinin Donald Tramp administrasiyasının hadisələrlə bağlı açıqlamalarını "qeyri-ciddi" adlandırıb. O, rəsmi qurumların iddialarının video görüntülərlə tamamilə ziddiyyət təşkil etdiyini bildirib. Sabiq prezident Ağ Evi yerli hakimiyyət orqanları ilə qarşıdurmanı dayandırmağa və koordinasiyalı şəkildə fəaliyyət göstərməyə çağırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…