“Fiorentina”nın yarımmüdafiəçisi Antonin Barak karyerasını başqa klubda davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.
Qeyd edilib ki, 29 yaşlı çex yay transfer pəncərəsində Florensiya klubunu tərk edəcək.
Ötən mövsüm Barak 34 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı onun dəyərini 4,5 milyon avro qiymətləndirir.