Banqladeşdə qurulacaq yeni müvəqqəti hökumətin əsas müşaviri Məhəmməd Yunus olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Banqladeş prezidenti ofisi bəyanat səsləndirib.
Qərar Prezident Məhəmməd Şahabuddin və əvvəlki baş nazir Şeyx Həsinəni devirən tələbə hərəkatının koordinatorlarının iclasında qəbul edilib.
Tələbələr ölkədə hərbi rəhbərliyin qurulmasına razı olmadıqlarını, ona görə Məhəmməd Yunusun namizədliyin təklif etdiklərini deyiblər. Yunus ölkənin belə çətin dövründə tələbələrin təklifindən imtina etməyəcəyini bildirib.
Qeyd edək ki, Yunus Nobel Sülh Mükafatı laureatıdır.
Banqladeşin hökumət başçısı ölkədən qaçdıqdan sonra bu ölkənin parlamenti də buraxılıb.
Baş nazir Şeyx Həsinə hökumətə qarşı bir neçə gün davam edən etiraz aksiyaları və qarşıdurmalardan sonra vəzifəsindən istefa verib və Hindistana qaçıb.
Qarşıdurmalarda 400-ə yaxın şəxs ölüb, yüzlərlə insan xəsarət alıb.
Həsinənin istefasından sonra aksiyaları zamanı həbs edilmiş əvvəlki baş nazir Xalidə Ziya və tələbələr də azadlığa buraxılıblar, komendant rejimi ləğv edilib.
Qeyd edək ki, hökumətə qarşı etiraz aksiyaları dövlət qulluğuna vakansiya kvotası - kvotanın yeni məzun olmuş tələbə sayından dəfələrlə az olması ilə əlaqədar idi.