Əsas məzmuna keç

Bankomatdan pul çıxaranlara “yardım” edən şəxslər saxlanılıblar

Bankomatdan pul çıxaranlara “yardım” edən şəxslər saxlanılıblar

Rayon İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı bank kartlarından oğurluq edən Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Babək Cəfərzadə və 1978-ci il təvəllüdlü Kamal Kərimli saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, araşdırma zamanı onların bankomatların yanında dayanaraq pul vətəndaşlara “yardım” etmək adı ilə yaxınlaşdıqları, daha sonra onların hesablarında olan vəsaitləri ələ keçirdikləri məlum olub.

Qeyd edək ki, B.Cəfərzadə və K.Kərimli saxlanılan zaman onların üzərindən olan heroin də aşkarlanaraq götürülüb. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…