Əsas məzmuna keç

Bank sektorunun aktivləri artıb

Bank sektorunun aktivləri artıb

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bank sektorunun aktivləri bu ilin yanvar-fevral aylarında 6,5% artaraq 48,735.7 mln. manat təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Mərkəzi Bankına istinadən xəbər verir. Bu dövrdə sektorun cəmi öhdəlikləri 6,5% artaraq 42,548.4 mln. manata, balans kapitalı isə 7,9% artaraq 6,187.3 mln. manata bərabər olub.

Fevral ayında bankların kredit portfeli 1.1% və ya 266.7 mln. manat artaraq 23,833 mln. manat təşkil edib. Kredit portfelinin 54.8%-i(13,063.7 mln. manat) biznes kreditlərinin, 29.7%-i (7,077.3 mln. manat) istehlak kreditlərinin, 15.5%-i (3,692 mln. manat) ipoteka kreditlərinin payına düşüb.

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 150.8 mln. manat (+1.2%), 69.3 mln. manat (+1%) və 46.5 mln. manat (+1.3%) artıb.

Öhdəliklərin strukturunda portfeli üstünlük təşkil edib – cəmi öhdəliklərin 82.2%-i və ya 34,959.3 mln. manat. Depozit portfelinin 62.8%-i (21,955.7 mln. manat) hüquqi şəxslərin, 37.2%-i (13,003.6 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

2024-cü ilin fevral ayında fiziki şəxslərin əmanətləri 1.3% və ya 172.4 mln manat artaraq 13,003.6 mln. manat təşkil edib. Fiziki şəxslərin əmanət portfelinin 55.2%-i (7,174.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,037.3 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 77.6%-ni təşkil edib.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 09.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…