Əsas məzmuna keç

Balakişi Qasımov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə yenidən seçilib

Balakişi Qasımov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə yenidən seçilib

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası baş direktorun seçilməsi ilə bağlı iclas keçirib.

en ru

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Şurası baş vəzifəsinə seçkilərlə bağlı iclas keçirib. Şuradan verilən məlumata görə, namizədlərin sənəd qəbulu prosesi cari ilin 27 aprel – 8 may tarixləri aralığında Respublikası Audiovizual Şurası tərəfindən təşkil edilib və toplanan sənədlər Yayım Şurasına təqdim olunub.

İclasın gedişatında aşağıdakı prosedurlar həyata keçirilib:

  • İclasın katibi və səslərin hesablanması üçün komissiya müəyyən edilib.
  • Namizəd İlahə Xudu qızı Əliyevanın namizədliyini geri götürməsi barədə ərizəsi təmin edilərək adı siyahıdan çıxarılıb.
  • Namizədlər ictimai yayımçının gələcək fəaliyyəti ilə bağlı konsepsiya və proqramlarını təqdim edərək, Yayım Şurası üzvlərinin suallarını cavablandırıblar.

Çıxışlardan sonra keçirilən birbaşa və gizli səsvermənin nəticələrinə əsasən, Balakişi Ələkbər oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. İclasda Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəsmi şəxsləri müşahidəçi qismində iştirak ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…