Operativ Məlumat Mərkəzi

“BakuBus” Sumqayıta sərnişin daşıyacaq

1 dəq
Paylaş:
“BakuBus” Sumqayıta sərnişin daşıyacaq
Yanvarın 21-dən “BakuBus” paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayacaq. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə şirkətə...

Yanvarın 21-dən “BakuBus” paytaxtdan Sumqayıt şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitələri olacaq. Dayanacaqlar Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Avtovağzal m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər y/k və Sumqayıt Avtovağzalıdır. Gediş haqqi 80 qəpikdir. İnterval 11 dəqiqə, pik saatlar 7-8 dəqiqə təşkil edir.

Səhər Sumqayıtdan ilk çıxış saat 5:50-də, səhər Bakıdan ilk çıxış saat 6:30-da, axşam Bakıdan son çıxış saat 23:00-da, axşam Sumqayıtdan son çıxış isə saat 22:20-da olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər