Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Fevralın 28-də Bakıdan Naxçıvana olan 19:00 və 20:00 reysləri, Bakıdan Şərura olan 21:00 reysi, Naxçıvandan Bakıya olan 15:30, 16:30 və 17:30 reysləri, eləcə də Şərurdan Bakıya olan 16:30 reysi müvəqqəti təxirə salınır.
Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın "141" Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.
***
Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bu gün dayandırıb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, avtobus reyslərinin fəaliyyəti ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.