Əsas məzmuna keç

21 marşrutun hərəkət sxemi dəyişdirilib

21 marşrutun hərəkət sxemi dəyişdirilib

Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda yeni qaydaları tətbiq edir. Paytaxtın hansı avtobus xətlərinin istiqaməti dəyişdirilib? Ətraflı məlumat burada.

en ru

Bakı şəhərinin və rayonunun qəsəbələrində aparılan təmir-tikinti işləri ilə əlaqədar vasitələrinin hərəkətinə tətbiq edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyət səbəbindən Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindən keçən 20 marşrutun (22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli) hərəkəti alternativ küçələrlə təşkil olunub. Bu marşrutların öz sxemi üzrə hərəkəti 1 gün ərzində bərpa ediləcək.

Mehdiabad qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsində (Mehdiabad-Pirşağı yolu) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətə əsasən isə 179 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Avtobuslar 1 həftə ərzində Təbriz, Məhəmmədhüseyn Şəhriyar, 28 May, Fazil İsmayılov və Məhəmməd Əmin Rəsulzadə küçələri ilə hərəkət edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…