Əsas məzmuna keç

Bakıda iki marşrutun idarə edilməsi yeni daşıyıcılara verildi

Bakıda iki marşrutun idarə edilməsi yeni daşıyıcılara verildi

Paytaxtın 12 və 65 nömrəli avtobus xətlərində ciddi dəyişikliklər edilib. Bakı Nəqliyyat Agentliyi sərnişindaşımada keyfiyyəti artırmaq üçün hansı addımı atdı?

ru en

şəhərində 161 və 162 nömrəli marşrutların istismarı müvəqqəti olaraq yeni daşıyıcılara həvalə edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, daşıyıcı "Azland Plaza" MMC-nin hər iki şəhərətrafı marşrutun istismarını dayandırması nəzərə alınaraq, sərnişindaşımanın fasiləsiz həyata keçirilməsi məqsədilə müvəqqəti tədbirlər görülüb.

Bu gündən 161 nömrəli marşrutun istismarı müvəqqəti olaraq "Çinar Trans" MMC-yə, 162 nömrəli marşrutun istismarı isə "Xaliq Faiqoğlu" MMC-yə həvalə olunub.

161 nömrəli marşrut Hövsan qəsəbəsi - Suraxanı qəsəbəsi, 162 nömrəli marşrut Ramana yaşayış kompleksi - "Koroğlu" NMM istiqamətində hərəkət edir.

Marşrutlar yaxın günlərdə müsabiqəyə çıxarılacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…