Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
15.01.2024 08:30
Aa
dəq

Bakının bir sıra yollarında tıxac yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda:

1. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

3. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində;

4. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Həftənin ən çox oxunanları