Bakının 8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

Bakının 8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq
23.08.2024 16:26
Aa
dəq

Sabah saat 06:00-dan Bakının Xətai rayonunun 8 Noyabr prospektində (Zığ dairəsindən Ramiz Quliyev küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Yol bağlanmır. Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

Həftənin ən çox oxunanları