Əsas məzmuna keç

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Enerji təchizatındakı fasilələr Bakının Xətai və Nizami rayonlarını əhatə edəcək. Elektrik enerjisinin verilişi günün ikinci yarısında bərpa ediləcək.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək zamanı Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri və İnşaatçılar prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xəzər RETSİ-nə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış massivləri, Buzovna qəsəbəsi, küçəsinin bəzi ərazilərində 35/6 kV-luq 491 saylı yarımstansiyada həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq ikidövrəli "Masazır-1" və "Masazır-2" hava xətləri üzrə elektrik naqilləri yenilənəcək. Yenidənqurma işləri ilə əlaqədar saat 11:00-dan 16:00-dək 10 May küçəsi və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində yerləşən bir sıra yaşayış məntəqələrində enerjinin verilişi məhdudlaşdırılacaq.

Bundan başqa, Ağdaşda bir sıra 10 kV-luq hava xətlərində görüləcək təmir işləri zamanı şəhər ərazisində Ağalı, Arif Heydərov, Fariz Səfərov, Məhəmməd Füzuli, Müşfiq İsayev, Nəriman Nərimanov küçələri, prospekti, həmçinin rayonun Birinci Aral, Əmirarx, Güvəkənd, Xosrov, İkinci Aral, Qulbəndə, Orta Qəsil, Sadavat, Şəmsabad, Şordəhnə, Yuxarı Ləki kəndlərinin bir hissəsində saat 11:00-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yevlaxın Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Qoyunbinəsi, Yuxarı Salamabad kəndlərinin bəzi ərazilərində 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasından çıxan 6 kV-luq fiderdə, eləcə də 10 kV-luq hava xəttində icra ediləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişində qısamüddətli fasilə yaranacaq.

Təmir işləri 110/35/6 kV-luq "Mingəçevir" yarımstansiyasını da əhatə edəcək. Beləliklə, saat 09:00-dan 11:00-dək planlı fasilə Mingəçevirdə 20 Yanvar, Aydın Məmmədov, Hacı Zeynalabdin Tağıyev, Heydər Əliyev, Müslüm Maqomayev, Şah İsmayıl Xətai küçələrinə şamil olunacaq.

Cəlilabadda 35 kV-luq "Cəlayir" hava xəttində yerinə yetiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 12:00-dək Buravar, Kövüzbulaq, Ləkin, Zəhmətabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişi məhdudlaşdırılacaq.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Kəsintilər

  1. Mingəçevir İşıq · Bu gün, 09:00–11:00 · Davam edir
  2. Yevlax İşıq · Bu gün, 10:00–15:00 · Davam edir
  3. Cəlilabad İşıq · Bu gün, 10:00–12:00 · Davam edir
  4. Bakı, Yasamal İşıq · Bu gün, 10:00–13:00 · Davam edir
  5. Bakı, Xəzər İşıq · Bu gün, 10:00–13:00 · Davam edir
Daha 2 ərazi və küçə axtarışı ›

Ərazinizdə işıq, qaz və ya su kəsiləndə bildiriş alın: axşam sabahın, səhər bu günün elanları.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…