Operativ Məlumat Mərkəzi

Bakıda Zəfər Günü münasibəti ilə konsert və atəşfəşanlıq olacaq

1 dəq
Paylaş:
Bakıda Zəfər Günü münasibəti ilə konsert və atəşfəşanlıq olacaq
bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin...

Noyabrın 8-də Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivləri çıxış edəcək. Konsertin sonunda atəşfəşanlıq olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər