Operativ Məlumat Mərkəzi

Bakıda zavodun ərazisində yanğın olub

1 dəq
Paylaş:
Bakıda zavodun ərazisində yanğın olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən zavod ərazisində yanğın baş verməsi barədə...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər