Bakıda yol təmiri işləri davam edir: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın daha iki ərazisində yolları bərpa edib.
“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, təmir işləri nəqliyyatın ümumi hərəkətinə minimum maneə yaratmaq üçün əsasən istirahət günlərində və gecə saatlarında həyata keçirilir. Növbəti təmir Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücünün üzərində və Ziya Bünyadov prospektində ("Koroğlu" metro stansiyası istiqamətində) aparılıb.
İşlər iki gecə ərzində, saat 23:00-dan səhər 07:00-a qədər icra olunub. Nəticədə vətəndaşlara minimum narahatlıq yaradılmaqla daha iki ərazidə rahat və təhlükəsiz hərəkət təmin edilib.