Əsas məzmuna keç

Bakıda yeni dəmir yolu çəkilir – Tıxaclar azalacaqmı?

Bakıda yeni dəmir yolu çəkilir – Tıxaclar azalacaqmı?

Azərbaycan Dəmir Yolları Zabrat-Maştağa-Bağlar istiqamətində tikintini sürətləndirib. 100-dən çox obyektin söküldüyü layihə paytaxtın nəqliyyat yükünü azaldacaq?

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Azərbaycan Dəmir Yolları Zabrat-Maştağa-Bağlar dəmir yolu xəttinin bərpasını davam etdirir.
  • Mühafizə zonasına düşən 100-dən çox tikilidə söküntü işlərinin başa çatdığı bildirilir.
  • Ekspert hesab edir ki, sıx qrafikli qatarlar fərdi avtomobil və taksi səfərlərini azalda bilər.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bakının Zabrat-Maştağa-Bağlar istiqamətində yeni dəmir yolu xəttinin bərpası üzrə işlər davam edir. Layihənin həyata keçirilməsi ilə Bakıətrafı qəsəbələrdən şəhər mərkəzinə gediş-gəlişin asanlaşacağı və sıxlığının azalacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" İTV-yə istinadən xəbər verir ki, Dəmir Yolları tərəfindən həyata keçirilən layihə çərçivəsində dəmir yolu xəttinin keçəcəyi ərazilər müəyyənləşdirilib. Hazırda marşrut üzrə tikinti, söküntü və digər hazırlıq işləri aparılır.

100-dən çox tikili sökülüb

Rəsmi məlumata görə, Zabrat-Maştağa-Bağlar dəmir yolu xəttinin bərpası üzrə layihələndirmə işlərinin 40 faizdən çoxu tamamlanıb.

Layihə üzrə 200-dən çox mülkiyyətçi qeydiyyata alınıb. Onlarla müvafiq protokollar imzalanıb və kompensasiyalar ödənilib.

Hazırda dəmir yolunun mühafizə zonasına düşən tikililərin sökülməsi həyata keçirilir. Artıq 100-dən çox tikilidə söküntü işlərinin başa çatdığı bildirilir.

Bundan başqa, dövlət proqramı çərçivəsində Bakıxanov-Binə-Qala, Yeni Suraxanı-Hövsan və Güzdək-Qaradağ dəmir yolu xətlərinin yenidən qurulması istiqamətində də işlər davam etdirilir.

Yeni dəmir yolu tıxacları azalda bilərmi?

Ekspertlərin fikrincə, şəhərətrafı dəmir yolu şəbəkəsinin genişləndirilməsi paytaxtın nəqliyyat sisteminə müsbət təsir göstərə bilər.

Nəqliyyat üzrə ekspert bildirib ki, dəmir yolu böyük həcmdə sərnişin daşımaq imkanına malikdir və digər nəqliyyat vasitələrindən fərqli olaraq tıxacdan asılı deyil.

Onun sözlərinə görə, dünyanın böyük şəhərlərində şəhərətrafı ərazilərdən mərkəzə sərnişin daşınmasında dəmir yolundan geniş istifadə olunur.

Ekspert hesab edir ki, Bakıətrafı ərazilərdə dəmir yolu şəbəkəsi genişləndirilsə və qatarlar sıx qrafiklə fəaliyyət göstərsə, şəhər mərkəzinə fərdi avtomobillər və taksilərlə edilən səfərlərin sayı azala bilər.

Bu isə paytaxtın əsas yollarında nəqliyyat yükünün azalmasına şərait yarada bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…