Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
19.03.2024 13:01
Aa
dəq

Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 18 ünvanında yerləşən “Love City” kafesinin fəaliyyəti dayandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sözügedən obyektdə keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektin tavan, divar və pilləkən qəfəsinin bərkidilməsi üçün mənşəyi bilinməyən yanan materiallardan ibarət bəzək üzlüklərindən istifadə olunub. Həmçinin təxliyə planı mövcud deyil və obyekt yanğın zamanı insanların köçürülməsinə kömək edən qurğularla tam təmin olunmayıb.

Bundan başqa, kafedə quraşdırılmış avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusuna xidmət lisenziyası olan ixtisaslaşmış təşkilat tərəfindən həyata keçirilməyib, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb.

Məlumatda vurğulanıb ki, yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib. Həmçinin yoxlama zamanı obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı məlum olub.

Həftənin ən çox oxunanları

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir
DAVAMIN OXU davamın oxu

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb

Bakıda iki yol qəzası baş verib, sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə məşqi keçirib
DAVAMIN OXU davamın oxu

Axtarışda olan şəxs hava limanında saxlanılıb

Axtarışda olan şəxs hava limanında saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb

Bakıda qadın əri və oğlu tərəfindən döyülüb
DAVAMIN OXU davamın oxu