Əsas məzmuna keç

Bakıda yanğın olub - 27.02.2023

Bakıda yanğın olub - 27.02.2023

bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 420 m² olan ikimərtəbəli tikilinin (hər mərtəbəsi 210...

Bakıda obyektdə yanğın olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 420 m² olan ikimərtəbəli tikilinin (hər mərtəbəsi 210 m², 1-ci mərtəbəsi müxtəlif təyinatlı obyektlər, 2-ci mərtəbəsi idman kimi fəaliyyət göstərir) dam örtüyünün atmaları 30 m² sahədə və 2-ci mərtəbəsində 1 otağın konstruksiyaları 6 m² sahədə yanıb.

"Yüksək temperaturdan tikilinin 2-ci mərtəbəsinin lambirdən ibarət 30 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirliyin yaydığı açıqlamada qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…