Əsas məzmuna keç

Bakıda üstündə qanunsuz olaraq “Makarov” gəzdirən daha bir şəxs saxlanılıb

Bakıda üstündə qanunsuz olaraq “Makarov” gəzdirən daha bir şəxs saxlanılıb

Qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat...

Qanunsuz saxlanılan silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Elxan üstündə qanunsuz olaraq odlu gəzdirdiyi üçün Sabunçu Rayon İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı saxlanılıb. Ondan 1 ədəd “” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

E.Vahabov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…