Əsas məzmuna keç

Bakıda şənbə günü 18 dərəcə isti olacaq

Bakıda şənbə günü 18 dərəcə isti olacaq

Paytaxtda və Abşeronda həftəsonu yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bəzi rayonlarda temperaturun 21 dərəcəyədək artacağını açıqladı. Daha ətraflı:

en ru

Bakıda və yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda gecə 4-7° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 771 mm sütunudan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 10-15° isti olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…