Bakıda restoranda nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb

Bakıda restoranda nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb
24.06.2023 12:09
Aa
dəq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, K.Setkin küçəsi, 4081-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Kazımov Şahin Şakir oğluna məxsus “Napoleon Hall” ictimai iaşə müəssisəsində (restoran - red.) keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Agentlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, xammalların qəbulu və saxlanması sahələrində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı məlum olub.

Döşəmə, divar və tavanların hamar, təmirli, asan təmizlənən və müntəzəm dezinfeksiya işlərinin aparılmasını təmin edən materialla üzlənmədiyi, o cümlədən tamlığının pozulduğu, işçi masaların və yuma sahəsindəki rəflərin asan yuyulabilən və gigiyenik səthə malik olmadığı, yuma çanağının korroziyaya uğradığı, əsas və yardımçı sahələrdə havalandırma sisteminin quraşdırılmadığı, çirkab su borularının izolyasiya edilmədiyi, soyuq və isti yeməklərin hazırlanması sahələrinin ayrılmadığı, manqalın isti və soyuq yeməklərin hazırlanması sahəsində yerləşdirildiyi, işçi heyət üçün fərdi dolablarla təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil edilmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Həftənin ən çox oxunanları

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub

Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu