Bakıda narkotik və 2 ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb

Bakıda narkotik və 2 ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb
07.01.2024 12:09
Aa
dəq

Bakının Yeni Günəşli qəsəbəsində 2 kiloqramdan çox narkotik vasitə və 2 ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Seymur Səfərov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 kiloqram 150 qram psixotrop maddə metamfetamin və 995 qram tiryək aşkar olunaraq götürülüb. S.Səfərov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.

Həmçinin, son bir-neçə gün ərzində Yeni Günəşli qəsəbəsində müxtəlif şəxslər tərəfindən aşkar edilən 2 ədəd “Kalaşnikov” markalı avtomat silah və 30 ədəd patron həmin vətəndaşlar tərəfindən könüllü olaraq 33-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Həftənin ən çox oxunanları

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib
DAVAMIN OXU davamın oxu

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb

Xəzərin Azərbaycana mənsub ərazi sularında 300 min manatlıq qaçaqmal aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Şəmkirdə qanunsuz tikililər sökülüb

Şəmkirdə qanunsuz tikililər sökülüb
DAVAMIN OXU davamın oxu

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Göygöldə ikimərtəbəli evdə yanğın olub

Göygöldə ikimərtəbəli evdə yanğın olub
DAVAMIN OXU davamın oxu