Bakıda mikromobillik üçün infrastrukturun yaradılmasına başlanılıb

Bakıda mikromobillik üçün infrastrukturun yaradılmasına başlanılıb
14.03.2024 15:12
Aa
dəq

Dənizkənarı Milli Parkın ərazisində mikromobillik (velosiped, skuter və.s) vasitələri üçün infrastrukturun yaradılması işlərinə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, ilkin mərhələdə bulvar ərazisindəki yolun uzunluğu təxminən 2 200 metr təşkil edəcək (Dəniz Vağzalının qarşısından Azneft dairəsinədək). Bununla da bulvar ərazisi digər küçə və prospektlərdə salınan velosiped yolları ilə əlaqələndiriləcək və bir dövrə tamamlanacaq.

AYNA-nın Bakıda həyata keçirdiyi mikromobillik layihəsinin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini – İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.

Növbəti mərhələlərdə bu şəbəkənin genişləndirilərək bütün bulvar ərazisini əhatə etməsi planlaşdırılır. Görüləcək işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılacaq, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılacaq, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunacaq

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu