Əsas məzmuna keç

Bakıda kanat yolu olacaq? – AÇIQLAMA

Bakıda kanat yolu olacaq? – AÇIQLAMA

Prezident İlham Əliyevin yeni fərmanı ilə Bakı Metropoliteni sərnişindaşıma sahəsində hansı yenilikləri tətbiq edəcək? Kanat nəqliyyatı ilə bağlı son vəziyyət.

en ru

Hazırda şəhərində yolu ilə bağlı məsələ ilkin araşdırma və qiymətləndirmə mərhələsindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, layihənin mümkün marşrutu, texniki parametrləri, icra müddəti, maliyyələşmə və digər detalları ilə bağlı yekun qərarlar hələ formalaşmayıb.

“Layihənin mümkün marşrutu, texniki parametrləri, icra müddəti, maliyyələşmə və digər detalları ilə bağlı yekun qərarlar formalaşmadığından, hazırkı mərhələdə dəqiq məlumat təqdim etmək mümkün deyil. Müvafiq məlumatlar dəqiqləşdiyi təqdirdə ictimaiyyətə açıqlanacaq”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, İlham Əliyevin oktyabrın 2-də imzaladığı Fərmanla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni səlahiyyət verilib. Belə ki, QSC sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsi, xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…