Əsas məzmuna keç

Laçın kanat yolu inşası bu ilin sonuna qədər başa çatacaq

Laçın kanat yolu inşası bu ilin sonuna qədər başa çatacaq

Şərqi Zəngəzurun turizm imkanlarını genişləndirəcək müasir infrastruktur layihəsi yekunlaşır. 2024-cü ildə açılacaq hava xəttinin detalları və marşrutu burada.

ru en

Laçın şəhərində inşa olunan kanat yolunun bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə İnkişaf və Nazirliyi yanında Yerüstü Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, kanat yolunun uzunluğu 1 720 metr, hündürülüyü isə 300 metrdir. Kanat yolu ilə hərəkətin müddəti 6 dəqiqə olacaq.

Bundan başqa, Laçın şəhərindəki kanat yolunun 1 saat üçün sərnişindaşıma qabiliyyətinin 800 nəfər olacağı planlaşdırılır.

Məlumata görə, bu məqsədlə ərazidə yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının və terminal sahələrinin bünövrə işlərinin aparılması, eləcə də zəruri avadanlıqların çatdırılması istiqamətində intensiv işlər həyata keçirilir.

Layihənin həyata keçirilməsi bölgədə infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…