Əsas məzmuna keç

Bakıda "İnmerge" İnnovasiya Sammiti keçirilir

Bakıda "İnmerge" İnnovasiya Sammiti keçirilir

2 gün davam edəcək sammitin əsas məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara...

Bu gün Bakıda "PAŞA " MMC-nin təşkilatçılığı ilə "İnmerge" İnnovasiya işə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2 gün davam edəcək sammitin əsas məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Artıq 4-cü ildir ki, təşkil olunan sammitin ilk gününün açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqamsal inkişaf və naziri Rəşad Nəbiyev, "PAŞA Holdinq"İn baş icraçı direktoru Cəlal , "Trendyol" Qrupunun baş icraçı direktoru Erdem İnan çıxış ediblər.

“Regionun böyük iqtisadi oyunçularından biri olaraq biz üzərimizdə məsuliyyət hiss edirik - ətrafdakılarımızın inkişafına töhfə vermək məsuliyyəti. İnnovasiya bizim üçün sadə bir məfhum deyil. Bizim üçün innovasiya inkişaf deməkdir, və innovasiya sammiti ilə biz regionda innovasiya ekosisteminin inkişafına töhfə verdiyimizə inanırıq” – C.Qasımov bildirib.

Tədbirin ilk günündə "Youtube" şirkətinin həmtəsisçisi Stiv Çen, Harvard Biznes Məktəbinin professoru Linda Hill və onarla biri birindən maraqlı spikerlər çıxış edəcək. Tədbirin ikinci günü "Sturbacks" şirkətinin həmtəsisçisi Zev Ziegl, "Amazon" şirkətinin baş texnologiya inzibatçısı Werner Vogels, "Waze" mobil tətbiqinin təsisçisi Uri Levinenin iştirakı nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…