Əsas məzmuna keç

Evdə köməksiz vəziyyətdə qalan uşaq xilas edilib

Evdə köməksiz vəziyyətdə qalan uşaq xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə...

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə şəhərinin Sabunçu rayonunda azyaşlının evdə bağlı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2018-ci il təvəllüdlü azyaşlını xilas ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #bakı#fhn#qapı
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…