Əsas məzmuna keç

Bakıda əməliyyat: Suraxanı sakinlərindən heroin və silah götürülüb

Bakıda əməliyyat: Suraxanı sakinlərindən heroin və silah götürülüb

Polis əməkdaşları Bakının Suraxanı rayonunda əməliyyatlar zamanı rayon sakinlərindən heroin və silah götürüblər. Bu barədə "Operativ Məlumat...

əməkdaşları Bakının Suraxanı rayonunda əməliyyatlar zamanı rayon sakinlərindən götürüblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının ötən gün keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri daha bir tədbir zamanı müxtəlif vaxtlarda 7 avtomobildən oğurluq edən 1996-cı il təvəllüdlü Elməddin Rəhimov da saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…