Bakıda ekologiyaya zərər vuran zavodun rəhbəri cərimələnib

Bakıda ekologiyaya zərər vuran zavodun rəhbəri cərimələnib
06.06.2023 14:29
Aa
dəq

Bakıda havanı çirkləndirən zavodun rəhbəri cərimələnib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə "Havanı kim çirkləndirir?" aksiyasına start verilib. Layihə çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atılığı müəyyən olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı “15 nömrəli Xüsusi Təyinatlı Yol İstismar İdarəsi” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atıldığı məlum olub.

Faktla bağlı zavodun rəisi Musa Cəbiyev barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində cərimə edilib. Zavoddakı təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etmək, havanın çirkləndirilməsinə yol verməmək üçün M.Cəbiyevə məcburi göstəriş verilib.

Xatırladaq ki, "Havanı kim çirkləndirir?" layihəsinin əsas hədəfi ölkə ərazisində atmosfer havasına normadan artıq tullantıların atılmasına qarşı nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin diqqətini və dəstəyini ətraf mühitin mühafizəsinə yönəltməkdir.

Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən atmosfer havasına tullantıların atılması halları ilə rastlaşdıqda Nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 Çağrı mərkəzinə və info@eco.gov.az elektron poçt ünvanına məlumat vermələri xahiş olunur.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu