"Qanlı göl"ün ətrafında bulvar salınması işlərinə başlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, layihəyə əsasən, gölün ətrafı bulvar olacaq.
"Hazırda gölün təmizlənməsi üçün işlər görülür, yol salınır, ağaclar əkilir və düzləmə işləri gedir. Bulvarın nə vaxta hazır olacağı hələ məlum deyil. Layihə orada bina tikən tikinti şirkətinin üstünə öhdəlik olaraq qoyulub", - Yasamal RİH-dən bildirilib.