Operativ Məlumat Mərkəzi

Bakıda Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlanılır

2 dəq
Paylaş:
Bakıda Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlanılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft”) Bakıda Böyükşor gölünün...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC (“Azəryaşlandşaft”) Bakıda Böyükşor gölünün bərpasının 2-ci mərhələsinə başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ilkin olaraq texniki-iqtisadi əsaslandıma və layihə-smeta sənədlərinin təkmilləşdirməsi üzrə məsləhətçi seçiləcək.

"Böyükşor gölünün bərpası layihəsi" Prezident İlham Əliyevin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq 2013-cü ildən həyata keçirilir. Layihə aşağıdakı mərhələlərdən ibarətdir:

- Olimpiya Stadionu tərəfində Gölün şərq hissəsinin bərpası

- Gölün Qərb hissəsi və Şimal bəndin arxasında yerləşən neftlə çirklənmiş ərazilərin bərpası

- Şimal Gölün və Dib çöküntülərinin saxlanc anbarlarının bərpası.

Bu xəbəri paylaş

Oxşar xəbərlər