Operativ Məlumat Mərkəzi

Bakıda banka saxta əskinas verməkdə şübhəli bilinən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Bakıda banka saxta əskinas verməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda banka saxta əskinas verməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə  "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat...

Bakıda banka saxta əskinas verməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 18-i saat 16 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Banka 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər