Əsas məzmuna keç

Bakıda avtomobildən 20 000 manat oğurlanıb

Bakıda avtomobildən 20 000 manat oğurlanıb

Bakıda avtomobildən 20 000 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Binəqədi qəsəbəsi ərazisində avtomobilin yerindən 20 848 manat pulun oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıb. Binəqədi Rayon İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…