Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi təşkilata üzv dövlətlərin səfirlikləri ilə birgə Avropa Oyunlar Parkında “Avropa təamları” adlı kulinariya festivalının açılışı olub.
"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, xəbər verir ki, açıq havada reallaşan bu tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə tanıtmaqdır.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko festivalın açılışında çıxış edərək Azərbaycan və Avropa ölkələrinin çox sıx münasibətləri olduğunu və bu tərəfdaşlığın daha da inkişaf etdiyini qeyd edib.
Səfir azərbaycanlıları Avropa ölkələrinin dadlı mətbəxi ilə tanış etmək üçün "Avropa təamları” adlı kitab hazırladıqlarını bildirib.
Qeyd edək ki, kitab Azərbaycan dilinə tərcümə edilmiş ənənəvi reseptlər toplusudur. Kitabı Aİ nümayəndəliyinin internet saytında elektron formatda da əldə etmək olar.
Tədbirdə qonaqlara Avropa mətbəxi haqqında ətraflı məlumat verilib, kulinariya ilə bağlı ustad dərsləri və kulinariya müsabiqələri keçirilib. Bolqarıstan, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Polşa və Rumıniya səfirlikləri festivalın iştirakçılarını öz ölkələrinin mətbəxi ilə tanış ediblər.