Operativ Məlumat Mərkəzi

Bakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü toplantısı keçirilir

2 dəq
Paylaş:
Bakıda AQEM Beyin Mərkəzləri Forumunun 13-cü toplantısı keçirilir
əvvəlcə foruma həsr olunan videoçarx nümayiş etdirilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti...

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə “İnkişaf və Təhlükəsizliyin Rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” mövzusunda ikigünlük forum öz işinə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əvvəlcə foruma həsr olunan videoçarx nümayiş etdirilib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib.

Müraciəti Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.

Forumun birinci günündə “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi – Asiya təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların tədqiqi”, “Yaşıl və rəqəmsal transformasiya dövründə təchizat zənciri üzrə əməkdaşlıq”, “Avrasiya bağlantılarının gücləndirilməsi: Bir kəmər, bir yol təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər layihələr” mövzuları ətrafında müzakirələr aparılacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər