Operativ Məlumat Mərkəzi

Bakıda anbar kimi istifadə olunan obyektlərdə yanğın olub

1 dəq
Paylaş:
Bakıda anbar kimi istifadə olunan obyektlərdə yanğın olub
Bakı şəhərinin Nizami rayonunda anbar kimi istifadə olunan obyektlərdə yanğın olub. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar...

Bakı şəhərinin Nizami rayonunda anbar kimi istifadə olunan obyektlərdə yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, bir dam altında tikilən ümumi sahəsi 1 440 m² olan 18 ədəd anbar kimi istifadə olunan obyektlərdən 3 ədədinin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və içərisinə yığılan əşyalar qismən yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər