Əsas məzmuna keç

Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bakıda ABŞ Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev paytaxtda Ceyms Devid Vensi qəbul etdi. Birləşmiş Ştatlar rəsmisi ilə keçən mühüm görüşün maraqlı anları və mərasimdən eksklüziv detallar.

en ru

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Vensin rəsmi qarşılanma mərasimi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ABŞ-nin Vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İlham Əliyev ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi ABŞ-nin Vitse-prezidentinə raport verib.

Amerika Birləşmiş Ştatlarının və Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Vitse-prezidenti Ceyms Devid Vensə, Amerika Birləşmiş Ştatları nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin qarşısından keçib.

Sonra rəsmi foto çəkdirilib.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…