Əsas məzmuna keç

Bakıda 24 kq narkotik müsadirə edildi: 3 nəfər saxlanıldı

Bakıda 24 kq narkotik müsadirə edildi: 3 nəfər saxlanıldı

Xətai polisinin əməliyyatı zamanı marixuana və metadon həbləri müsadirə edilib. İran vətəndaşı ilə əlaqəli 3 nəfərin saxlanılma təfərrüatı və DİN-in açıqlaması.

en ru

Rayon İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər də məhkum olunmuş 45 yaşlı Azər Abdurəhmanov, 33 yaşlı Turan Yusibov və 32 yaşlı Nuran Faiqoğlu saxlanılıblar.

Baxış zamanı onlardan külli miqdarda — 24 kiloqram 500 qram marixuana və 1000 ədəd psixotrop tərkibli həbi aşkarlanıb.

Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini etiraf ediblər.

Faktla bağlı başlanılıb, araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…