Əsas məzmuna keç

Bakıda 10 nəfər məktəbə HÜCUM ETDİ - DETALLAR

Bakıda 10 nəfər məktəbə HÜCUM ETDİ - DETALLAR

Hövsan qəsəbəsindəki təhsil müəssisəsində ekstremist şüarlar yazmaq istəyən qrup mühafizəçiyə ağır xəsarətlər yetirib, zərərçəkən əməliyyat olunub.

en ru

Bakının qəsəbəsində məktəblərdən birində mühafizəçiyə hücum edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Trend”ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.

Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.

Başından xəsarət alan mühafizəçinin şəhər xəstəxanalarından birinə çatdırıldığı və əməliyyat olunduğu bildirilir.

Xatırladaq ki, faktla bağlı araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…