Əsas məzmuna keç

Bakı və bölgələrdə hava kəskin dəyişir: Leysan yağacaq

Bakı və bölgələrdə hava kəskin dəyişir: Leysan yağacaq

Ekologiya Nazirliyi xəbərdarlıq etdi: Bakı və bölgələrdə hava şəraiti kəskin dəyişir. Güclü yağıntı və şimşək çaxması gözlənilir, ehtiyatlı olun.

en ru

Bakıda və yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağacağı, çaxacağı, gecəyə doğru yağışın xarakterli olacağı ehtimalı var.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüzdən arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşam yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.

Hava proqnozu

13° Bakıda indiAz buludlu
  1. Bu gün Buludlu 16° 13°
  2. Sabah Arabir yağış 14° 7° yağış 86%
  3. Birisi gün Arabir yağış 11° 7°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…