Əsas məzmuna keç

Bakı-Sumqayıt qatarının vurduğu piyada dünyasını dəyişib

Bakı-Sumqayıt qatarının vurduğu piyada dünyasını dəyişib

Nərimanov-Böyükşor sahəsində baş verən qəza nəticəsində 2004-cü il təvəllüdlü gənc həlak olub.

en ru

İyunun 1-də saat 11:13 radələrində Nərimanov-Böyükşor mənzilində hərəkətdə olan Bakı-Sumqayıt marşrutlu qatarın qarşısına piyada çıxıb. " Dəmir Yolları" QSC-dən verilən məlumata görə, maşinist tərəfindən təcilli tormozlama tətbiq edilsə də, məsafənin az olması səbəbindən toqquşma qaçılmaz olub.

Hadisə nəticəsində 2004-cü il təvəllüdlü Anar Rövşən oğlu Quliyev vəfat edib.

Qurum rəsmiləri vətəndaşlara müraciət edərək dəmir yolu xətlərini yalnız müəyyən olunmuş piyada keçidləri və xüsusi yerlərdən keçməyə çağırıb:

  • Dəmir yolu təhlükəsizlik qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur.
  • Qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatı üçün ciddi təhlükə daşıyır.
  • Sürücü və piyadaların diqqətsizliyi, eləcə də tələskənliyi faciəvi nəticələrə səbəb olur.

Qatar cədvəli

06:08 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…