Əsas məzmuna keç

Bakı-Sumqayıt qatarında ləngimə yaranıb

Bakı-Sumqayıt qatarında ləngimə yaranıb

Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürət sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində...

Bu gün saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış nasazlığa görə dayanmalı olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dəmir Yolları QSC-dən bildirilib.

Əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılıb və qatarın hərəkəti bərpa olunub. Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara müşahidə olunur.

Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı yayımlanmış xəbərlər həqiqəti əks etdirmir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…