Əsas məzmuna keç

Bakı-Quba yolunda yanacaqdaşıyan maşın alışıb yandı

Bakı-Quba yolunda yanacaqdaşıyan maşın alışıb yandı

Paytaxtın şimal istiqamətindəki magistralda ağır qəza qeydə alınıb. Yanacaq daşıyan yük avtomobilindəki yanğın nəticəsində hərəkətə məhdudiyyət qoyulub.

en ru

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə –– Federasiyası dövlət sərhədi ödənişli yolunun 60-cı kilometrliyində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “MAN” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobilin yanacaq çəni hissəsində baş vermiş yanğın kabinəyə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin qoşqusunda olan yanacaq çəni və ətrafa dağılmış yanacaq 500 kvadratmetr sahədə yanıb.

Xəsarət alan olmayıb.

Avtomobilin kabinəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…