Bu gündən, 1 oktyabr 2025-ci ildən etibarən, Bakı şəhərində metro və avtobuslarda gediş haqqı 60 qəpik olaraq müəyyən edilib. Əvvəlki tarif isə 50 qəpik təşkil edirdi. Yeni qiymət artımı ilə bağlı rəsmi açıqlamalar hələlik verilmasa da, dəyişikliklərin şəhər nəqliyyatının keyfiyyətini artırmaq məqsədini güddüyü bildirilib.
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-nə danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov yeni tarifin əsaslandırılmasını izah edib. O, qiymət artımının ümumi avtobus parkının yenilənməsi məqsədilə həyata keçirildiyini vurğulayıb. Əsədov əlavə edib ki, bu qərar həm də marşrut sahiblərinin öz resurslarını yeniləyərək xidmətin keyfiyyətini artırmalarına stimuldur.

Ekspert, qiymət artımının cəmiyyətdə müsbət qarşılanmadığını da qeyd edib. O, “dünyanın hər bir yerində qiymət artımına mənfi münasibət var və bu dəyişikliklər də cəmiyyətdə sevinclə qarşılanmayacaq” deyə bildirib. Bununla yanaşı, Aslan Əsədov, nəqliyyat xidmətinin gələcək perspektivlərini nəzərə alaraq qiymət artımının uzunmüddətli fayda verəcəyini də vurğulayıb.
Afət ZİYADQIZI