Bakı metrosunun inşa olunan stansiyasında növbəti mərhələ üzrə iş başlayıb

Bakı metrosunun inşa olunan stansiyasında növbəti mərhələ üzrə iş başlayıb
10.04.2023 15:00
Aa
dəq

"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin hazırda inşası davam edən və şərti adı "B-04" olan stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında - Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək.

Burada tikinti işləri “qruntda divar" üsulu ilə, yəni, yuxarıdan alt qatlara doğru aparılır. Ərazinin relyefindən asılı olaraq, işlər hazırda 29-32 metr dərinlikdə, 4-cü həyata keçirilir.

"Qruntda divar” üsulu yaşayış sahələrində daha səmərəli və rahat, məhdud məkanlara uyğunluğu və effektivliyi ilə seçilir. Bununla yanaşı, bu üsul texniki təchizat, sərf olunan materiallar, işçi qüvvəsinin cəlb edilməsi baxımından daha qənaətcildir. Tikinti meydançasında ekoloji tələblərin təmin edilməsi, dinamik titrəyişlərin olmaması, səs-küyün norma hədlərində saxlanması "qruntda divar" üsulunu fərqləndirən keyfiyyətlərdəndir. Buna qədər Bənövşəyi xəttin “Memar Əcəmi” və “8 Noyabr" stansiyaları analoji qaydada aparılıb.

Həftənin ən çox oxunanları

AZAL-da yeni təyinat olub

AZAL-da yeni təyinat olub
DAVAMIN OXU davamın oxu

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb

Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
DAVAMIN OXU davamın oxu

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakının bir sıra yollarında tıxac müşahidə olunur
DAVAMIN OXU davamın oxu

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq

Bakıda tıxacın aradan qaldırılması məqsədilə 7 layihə icra olunacaq
DAVAMIN OXU davamın oxu

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda endirililən sürət həddi bərpa edilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu